“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

65 illik ömür yolu və şərəfli müəllimlik fəaliyyəti

News Image

65 illik ömür yolu və şərəfli müəllimlik fəaliyyəti

Müəllimlik yalnız bir peşə deyil, həm də böyük məsuliyyət, fədakarlıq, səbir və gələcək nəsillərin yetişdirilməsinə həsr olunmuş şərəfli bir ömür yoludur. Bu müqəddəs peşəyə illərini həsr edən, öz biliyi, zəhməti və pedaqoji fəaliyyəti ilə seçilən müəllimlərimiz hər zaman dərin hörmətə və ehtirama layiqdirlər.

Belə dəyərli müəllimlərdən biri də Şamaxı rayonu, İkinci Cabanı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Sayılov Namizəd Qırımxan oğludur. Namizəd müəllimin 65 illik yubileyi münasibətilə müəllimə ETİHİ Şamaxı Rayon Komitəsi tərəfindən ona Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur.

Bu təltif müəllim əməyinə verilən dəyərin, uzun illər ərzində göstərilən zəhmətə və pedaqoji fəaliyyətə olan hörmət və ehtiramın ifadəsidir. Gələcək nəslin təlim-tərbiyəsində müəllimlərin rolu əvəzsizdir. Onların zəhməti, biliyi və həyat təcrübəsi cəmiyyətimizin inkişafına, savadlı və vətənpərvər gənclərin yetişməsinə mühüm töhfə verir.

Nazim müəllimin 65 illik yubileyi qeyd olunub!

News Image

Nazim müəllimin 65 illik yubileyi qeyd olunub!

Təhsil gələcəyin təməlidir, bu təməli quranlar isə öz ömrünü gənc nəslin savadlanmasına və tərbiyəsinə həsr edən fədakar ziyalılarımızdır. Belə şərəfli və məsuliyyətli yolu özünə həyat amalı seçən dəyərli pedaqoqlarımızdan biri – Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mirikənd kənd tam orta məktəbinin riyaziyyat müəllimi Şahməmmədov Nazim müəllim 65 illik yubileyini qeyd edir.

Nazim müəllim uzun illər ərzində səmərəli pedaqoji fəaliyyəti, yüksək peşəkarlığı, dərin bilik və bacarığı ilə təhsil sahəsinin inkişafına dəyərli töhfələr vermişdir. O, yalnız riyaziyyat fənnini tədris etməklə kifayətlənməmiş, eyni zamanda gənc nəslin savadlı, vətənpərvər və cəmiyyətə faydalı şəxsiyyətlər kimi yetişməsi üçün böyük əmək sərf etmişdir.

Onun zəngin pedaqoji təcrübəsi, təlim-tərbiyə işində göstərdiyi xidmətləri və təhsil sahəsindəki fədakar fəaliyyəti layiqincə qiymətləndirilmişdir. 65 illik yubileyi münasibətilə Şahməmmədov Nazim müəllimə ETİHİ Şamaxı Rayon Komitəsi tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur.

Nazim müəllimi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, uğurlar arzulayırıq!

Şamaxıda Layiqli Əmək Gününə həsr olunan tədbir keçirilib

News Image

Şamaxıda Layiqli Əmək Gününə həsr olunan tədbir keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Şamaxı Rayon Komitəsinin təşkilatçılığı ilə Şamaxı şəhər Şəhriyar qəsəbə tam orta məktəbində “Ümumdünya Layiqli Əmək Günü” münasibətilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə məktəbin rəhbərliyi, pedaqoji və texniki heyəti, həmçinin həmkarlar ittifaqı üzvləri iştirak ediblər.

Tədbirin əsas məqsədi əmək hüquqları və işçilərin sosial təminatı barədə məlumatlılığın artırılması, layiqli əmək şəraitinin əhəmiyyətinin diqqətə çatdırılması, əmək münasibətlərində qarşılıqlı hörmət, məsuliyyət və sosial tərəfdaşlıq prinsiplərinin təşviq edilməsi olub.

Çıxışlar zamanı bildirilib ki, layiqli əmək yalnız ədalətli əməkhaqqı ilə məhdudlaşmır. Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, əmək hüquqlarına hörmət olunması, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, işçilərin peşəkar inkişafına imkanların yaradılması və onların sosial rifahının diqqətdə saxlanılması da layiqli əməyin əsas tərkib hissələrindəndir.

İştirakçılara həmkarlar ittifaqlarının işçilərin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsində, qanuni maraqlarının təmin olunmasında, eləcə də əmək münasibətlərində sosial tərəfdaşlığın inkişaf etdirilməsində mühüm rolu barədə ətraflı məlumat verilib.

Görüş zamanı əmək qanunvericiliyi, işçilərin hüquq və vəzifələri, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, əmək münasibətlərində sosial dialoqun əhəmiyyəti, işəgötürən və işçi arasında qarşılıqlı əməkdaşlığın vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələrdə iş yerlərində əmək şəraitinin daha da yaxşılaşdırılması, işçilərin hüquqlarının qorunması, sosial təminat məsələlərinin diqqətdə saxlanılması və həmkarlar ittifaqı üzvlərinin maarifləndirilməsi istiqamətində bir sıra təkliflər səsləndirilib.

Tədbirdə xüsusilə aşağıdakı məsələlərin diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb:

  • işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin olunması;
  • əmək hüquqları və qanunvericiliyin tələbləri barədə maarifləndirmə işlərinin gücləndirilməsi;
  • əmək münasibətlərində qarşılıqlı hörmət, sosial dialoq və əməkdaşlığın inkişaf etdirilməsi;
  • işçilərin sosial və iqtisadi hüquqlarının müdafiəsinə diqqətin artırılması;
  • həmkarlar ittifaqı üzvlərinin peşəkar inkişafı və maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi;
  • əmək və sosial məsələlərlə bağlı işçilərin müraciətlərinə həssaslıqla yanaşılması və onların qanuni maraqlarının qorunması.

Vurğulanıb ki, bu cür maarifləndirici tədbirlər işçilərin əmək hüquqları barədə məlumatlılığının artırılmasına, əmək mədəniyyətinin formalaşdırılmasına, sosial tərəfdaşlığın inkişafına və layiqli əmək prinsiplərinin təşviqinə mühüm töhfə verir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, onların təklif və fikirləri dinlənilib. “Ümumdünya Layiqli Əmək Günü”nün əmək hüquqlarının qorunması, işçilərin sosial rifahının təmin edilməsi və layiqli əmək şəraitinin təşviqi baxımından əhəmiyyəti bir daha diqqətə çatdırılıb.

Şamaxıda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

News Image

Şamaxıda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirib.

Tədbirdə şəhid valideynləri, rayonun təhsil müəssisələrində çalışan müəllimlər və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin sədri Fuad Nəsirov açaraq müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. O, müəllim əməyinin cəmiyyətin inkişafında, gənc nəslin savadlı, dünyagörüşlü və vətənpərvər ruhda yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb.

Fuad Nəsirov təhsil sahəsində çalışan müəllimlərə göstərdikləri fədakar əməyə görə təşəkkürünü bildirib, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.

Çıxış zamanı şəhid valideynlərinə də xüsusi ehtiram ifadə olunub. Bildirilib ki, onların göstərdiyi şücaət və fədakarlıq daim yüksək qiymətləndirilir və ehtiramla yad edilir.

Tədbirdə müəllim əməyinin cəmiyyətin inkişafındakı mühüm rolu bir daha vurğulanıb, təhsil sahəsində çalışan müəllimlərin və şəhid valideynlərinin fəaliyyəti yüksək qiymətləndirilib.

Daha sonra iştirakçılarla görüş keçirilib, onların qayğı və təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda müəllimlərə möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulanıb.

Ucqar kəndlərdə müəllimlərə bayram diqqəti

News Image

Ucqar kəndlərdə müəllimlərə bayram diqqəti

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Şamaxı Rayon Komitəsi tərəfindən rayonun ucqar kəndlərində çalışan müəllimlərin əməyinə diqqət və qayğı göstərilməsi məqsədilə görüşlər keçirilib.

ETİHİ Şamaxı Rayon Komitəsinin sədri Fuad Nəsirov Şamaxı rayonunun Qızmeydan, Laləzar və Əhmədli kəndlərində yerləşən ümumtəhsil məktəblərində çalışan müəllimlərlə görüşərək onları peşə bayramları münasibətilə təbrik edib. Görüşlər zamanı müəllimlərin şərəfli və məsuliyyətli fəaliyyətindən, gənc nəslin təlim-tərbiyəsində onların mühüm rolundan bəhs olunub, müəllim əməyinin cəmiyyətin inkişafında xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Bildirilib ki, rayonun ucqar kəndlərində çalışan müəllimlər təhsil sahəsində öz fədakar fəaliyyətləri ilə seçilir, çətin və məsuliyyətli şəraitdə şagirdlərin keyfiyyətli təhsil alması, onların vətənpərvər və savadlı şəxsiyyət kimi formalaşması istiqamətində mühüm işlər həyata keçirirlər.

Görüşlər çərçivəsində müəllimlərin qayğı və problemləri dinlənilib, onların fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Müəllimlərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.

Bununla yanaşı, Şamaxı rayonunun Göylər Dağ kəndi Tehran Kərimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində çalışan şəhid valideyni Quliyeva Qənirə İsrafil qızı da 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ziyarət edilərək təbrik olunub.

Şəhid ailələrinə və şəhid valideynlərinə göstərilən diqqət və qayğının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb, Qənirə İsrafil qızına möhkəm cansağlığı, uzun ömür və pedaqoji fəaliyyətində uğurlar arzulanıb.

Sonda bütün müəllimlərimizə gələcək fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayır, onların cəmiyyətimizin gələcəyinin formalaşmasında əvəzsiz rolunu yüksək qiymətləndiririk.

Şəhid Orxan Nəbiyevin ailəsi ziyarət olunub

News Image

Şəhid Orxan Nəbiyevin ailəsi ziyarət olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsi və Şamaxı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Vətən müharibəsi şəhidi Orxan Nəbiyevin ailəsi ziyarət olunub.

Ziyarət zamanı şəhidimizin ailəsi ilə görüş keçirilərək onun həyat yolu, təhsili və Vətənə xidmət fəaliyyəti barədə söhbət aparılıb. Şəhidimizin atası Rza müəllim Orxan Nəbiyevin keçdiyi döyüş yolu və göstərdiyi qəhrəmanlıq haqqında xatirələrini bölüşüb.

Daha sonra şəhid Orxan Nəbiyevin məzarı ziyarət olunub, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, Orxan Nəbiyev müəllim ailəsində böyüyüb. O, bakalavr təhsilini müəllimlik ixtisası üzrə alıb, daha sonra hərbi təhsil keçərək Vətənə xidmət edib. Döyüşlərdə göstərdiyi şücaətə görə “Qorxmaz leytenant” ləqəbini qazanan şəhidimizin əziz xatirəsi daim dərin ehtiramla yad edilir.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Müəllim əməyinə yüksək dəyər: Şamaxıda görüş keçirilib

News Image

Müəllim əməyinə yüksək dəyər: Şamaxıda görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə respublikanın müxtəlif bölgələrində, o cümlədən ucqar yaşayış məntəqələrində çalışan müəllimlərlə silsilə görüşlər keçirir.

Bu çərçivədə Şamaxı rayonunun Nikolay Şeverdyayev adına Çuxuryurd kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Güntəkin Ziya oğlu Hümmətovla görüş keçirilib.

Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müşaviri Renata Mənsurova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Şamaxı Rayon Komitəsinin sədri Fuad Nəsirov və məktəb kollektivi iştirak edib.

Təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, müəllimlik peşəsinə məsuliyyətli yanaşması və göstərdiyi xidmətlər nəzərə alınaraq Güntəkin Hümmətov Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edilib.

Tədbir zamanı müəllimlik fəaliyyətinin cəmiyyətin intellektual və mənəvi inkişafındakı mühüm rolu diqqətə çatdırılıb. Bildirilib ki, müəllim yalnız şagirdlərdə bilik və bacarıqların formalaşdırılmasına deyil, eyni zamanda gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, geniş dünyagörüşünə malik və məsuliyyətli vətəndaş kimi yetişməsinə də mühüm töhfə verir.

Görüşdə təhsil işçilərinin fəaliyyətinin dəstəklənməsi, onların əmək hüquqlarının və sosial-iqtisadi maraqlarının qorunması istiqamətində həmkarlar ittifaqı tərəfindən görülən işlər barədə də məlumat verilib.

Səmimi ünsiyyət şəraitində keçən görüş zamanı təhsil sahəsində mövcud məsələlər, müəllimlərin fəaliyyəti və onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən görüş müəllim əməyinə verilən yüksək dəyərin və təhsil işçilərinə göstərilən diqqətin növbəti nümunəsi olub.

Şəhidlərimizin əziz xatirəsi yad edilib

News Image

Şəhidlərimizin əziz xatirəsi yad edilib

27 Sentyabr – Anım Günü münasibətilə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və müharibə iştirakçıları ilə görüş keçirilib.

Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Şamaxı Rayon Komitəsinin sədri Fuad Nəsirov, idarənin əməkdaşları və rayon təhsil sektorlarının rəhbərləri iştirak ediblər.

Görüş iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin məzarları önünə gül dəstələri qoyub, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra keçirilən görüşdə şəhidlərin Vətən qarşısında göstərdikləri xidmətlərdən, qəhrəmanlıq və fədakarlıqlarından söz açılıb. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların həyat yolu və qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaq.

Görüş zamanı şəhid ailə üzvlərinin və müharibə iştirakçılarının qayğı və ehtiyacları dinlənilib, onların cəmiyyətimizin inkişafına verdiyi töhfələrin və göstərdikləri xidmətlərin yüksək dəyər daşıdığı vurğulanıb.

Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Mətanət müəllimənin 65 illik yubileyi qeyd olunub

News Image

Mətanət müəllimənin 65 illik yubileyi qeyd olunub

Təhsil bir millətin gələcəyini formalaşdıran ən mühüm dəyərlərdən biridir. Bu müqəddəs missiyanın həyata keçirilməsində ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən, peşəsinə sədaqətlə xidmət göstərən müəllimlərin əvəzsiz rolu vardır.

Belə dəyərli ziyalılardan biri də Şamaxı rayonu Elşən Hüseynov adına tam orta ümumtəhsil məktəbinin müəllimi Nəcəfova Mətanət İsmayıl qızıdır.

Peşə fəaliyyətində 65 illik yubiley sevincini yaşayan Mətanət müəllimə uzun illər ərzində öz bilik və təcrübəsini şagirdlərinin təlim-tərbiyəsinə yönəldərək müəllimlik peşəsinin yüksək nümunəsini nümayiş etdirib. Onun illər ərzində göstərdiyi səmərəli pedaqoji fəaliyyət, təhsil sahəsindəki xidmətləri və gənc nəslin yetişdirilməsindəki əməyi daim yüksək qiymətləndirilib.

Mətanət Nəcəfovanın 65 illik yubileyi münasibətilə ETİHİ Şamaxı Rayon Komitəsi tərəfindən onun uzunmüddətli və səmərəli pedaqoji fəaliyyəti nəzərə alınaraq Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif olunması müəllim əməyinə göstərilən diqqət və ehtiramın bariz nümunəsidir.

Mətanət müəlliməni 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, pedaqoji fəaliyyətində yeni uğurlar və uzun ömür arzulayırıq.

Təhsilimizə həsr olunmuş 65 illik mənalı ömür yolu

News Image

Təhsilimizə həsr olunmuş 65 illik mənalı ömür yolu

Təhsil gələcəyin təməlidir, bu təməli quranlar isə öz ömrünü gənc nəslin savadlanmasına və tərbiyəsinə həsr edən fədakar ziyalılarımızdır. Belə şərəfli və məsuliyyətli yolu özünə həyat amalı seçən dəyərli pedaqoqlarımızdan biri – Şamaxı rayonu Elşən Hüseynov adına tam orta ümumtəhsil məktəbinin müəllimi Əfəndiyeva Esmira Nazir qızı 65 illik yubileyini qeyd edir.

Esmira müəllimə uzun illər boyunca səmərəli pedaqoji fəaliyyəti, yüksək peşəkarlığı, dərin bilik və bacarığı ilə təhsilin inkişafına dəyərli töhfələr vermişdir. O, yalnız fənnini tədris etməklə kifayətlənməmiş, eyni zamanda gənc nəslin vətənpərvər, savadlı və cəmiyyətə faydalı şəxsiyyət kimi yetişməsində böyük əmək sərf etmişdir.

Onun zəngin pedaqoji təcrübəsi, təlim-tərbiyə işində göstərdiyi xüsusi xidmətləri və təhsil sahəsindəki fədakar fəaliyyəti layiqincə qiymətləndirilmişdir. 65 illik yubileyi münasibətilə Əfəndiyeva Esmira Nazir qızı ETİHİ Şamaxı Rayon Komitəsi tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif olunmuşdur.

Hörmətli Esmira müəlliməni bu əlamətdar yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni-yeni uğurlar arzulayırıq!

15 Sentyabr – Şamaxı təhsil müəssisələrində Bilik Günü

News Image

15 Sentyabr – Şamaxı təhsil müəssisələrində Bilik Günü

15 Sentyabr – Bilik Günü münasibətilə Şamaxı rayonunun təhsil müəssisələrində müxtəlif tədbirlər təşkil olunub.Tədbirlərdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər, eləcə də məktəb həmkarlar təşkilatlarının sədrləri fəal iştirak ediblər. Çıxışlarda Bilik Gününün əhəmiyyətindən, təhsilin cəmiyyətin inkişafında mühüm rolundan, gənc nəslin savadlı və vətənpərvər ruhda yetişdirilməsinin vacibliyindən bəhs olunub.

Şamaxı rayonunun şəhər və kənd məktəblərində ilk dərs günü xüsusi coşqu və bayram əhval-ruhiyyəsi ilə qeyd edilib. Məktəblərin həyətlərində və akt zallarında təşkil olunan tədbirlərdə şagirdlərin hazırladıqları musiqi nömrələri, şeirlər və müxtəlif təqdimatlar nümayiş olunub. Xüsusilə birinci sinfə qədəm qoyan şagirdlər üçün bu gün böyük sevinc və həyəcanla yadda qalıb.

Tədbirlər zamanı müəllim və şagirdlərə yeni tədris ilində uğurlar, yüksək nəticələr və yeni nailiyyətlər arzulanıb.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.